özün bilərsən

do it as you know как знаешь
özün bil
Özün bişirmisən, özün də dad.
OBASTAN VİKİ
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.